
Cənubi Afrikadakı Vitvatersrand Universitetinin paleontoloqlar qrupu Zimbabvenin Kariba gölündə “Musango matusadonaensis” adlı yeni dinozavr növü kəşf ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Radio New Zealand” (RNZ) məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar Nil timsahları və begemotları arasındakı təhlükəli ekspedisiya zamanı aşkar edilmiş fosilləri səkkiz il araşdırıblar.
Onların sözlərinə görə, bu qədim sürünən Trias dövrünün sonlarında (təxminən 237-201 milyon il əvvəl) Qondvanada superkontinentalda məskunlaşıblar.
O, Diplodokus kimi uzunboyunlu dinozavrların erkən iki ayaqlı qohumu olub. Aşkar edilən nümunənin uzunluğu 4,5 metrə, çəkisi təxminən 222 kq-a çatıb və təxminən səkkiz yaşında ölüb.
Alimlər heyvanın sahil bitkiləri ilə qidalandığını fərz edirlər.
Bu kəşf Zimbabvedə rəsmi olaraq qeydə alınan beşinci dinozavr növünün kəşfidir.
Belə ki, ölkə uzun müddət yataqların uzaqlığı və alimlərin Cənubi Afrikaya köçməsinə səbəb olan 1964-1979-cu il vətəndaş müharibəsi ilə əlaəqdar tədqiqatçıların diqqətindən kənarda qalıb. Bu gün Afrika qitəsinin cənub hissəsi qədim sümükləri mükəmməl şəkildə qoruyan palçıq və qum yığan çöküntü süxurları sayəsində bioloqları cəlb edir.
Vitvatersrand Universitetinin müqayisəli biologiya üzrə professoru Yona Çoynyerenin sözlərinə görə, bu ərazi tarixdən əvvəlki heyvanların əsas qruplarının mənşəyini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir.
Alimlər əmindirlər ki, bu tapıntılar aysberqin yalnız görünən hissəsidir və 2027-ci il üçün Kariba gölünə yeni bir ekspedisiya planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz