Ermənistada keçmiş nazirin həbs müddəti uzadıldı – 2 milyardlıq mənimsəmə


Ermənistanın keçmiş nəqliyyat və kommunikasiya naziri və Yerevanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti daha iki ay uzadılıb.
Yeniavaz.com
“Armenpress” agemtliyinə istinadla məlumat verir ki, Beqlaryan iyunun 5-dən bəri həbsdədir.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda çirkli pulları yumaqda ittiham olunur.
Qeyd edək ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, 2004-cü ildən 2010-cu ilə qədər Yerevanın Kentron icmasının rəhbəri və Yerevan meri vəzifələrini icra edərkən Qaqik Beqlaryan xidmətin maraqlarına zidd olaraq vəzifəsindən sui-istifadə edib və ümumi dəyəri 2 milyard 327 milyon dram (təxminən 11 milyon AZN) olan 27 daşınmaz əmlakı öz mülkiyyətinə və ya onunla əlaqəli şəxslərin əmlakına keçirib.
İş materiallarına görə, sonradan cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması da həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top