
Şimali Kiprin Girne sahillərində batan gəmidə itkin düşən şəxslərdən daha birinin meyiti tapılıb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
Onun sözlərinə görə, bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb.
Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində 267 nəfəri daşıyan gəmi batıb.
Hadisədən sonra itkin düşən şəxslərin axtarışları davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz