
ABŞ Kubanın 5 təşkilatına, həmçinin, ölkənin keçmiş prezidentinin nəvəsi Fidel Ernesto Kastro Kalisə qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun Dövlət Departamentinin saytında dərc olunan bəyanatında bildirilib.
Qara siyahıya Kuba Xarici Ticarət Bankı və təbii sərvətlər və enerji sektorlarında fəaliyyət göstərən daha dörd təşkilat daxil edilib.
ABŞ dövlət katibi Marko Rubio sanksiyaya məruz qalanların ABŞ-nin milli təhlükəsizliyinə təhdidlərlə əlaqəli olduğunu bildirib.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər adanın indiki hakimiyyətini dəstəkləyən və onların ölkə iqtisadiyyatı üzərində nəzarətinin qorunub saxlanmasına kömək edən qurum və şəxsləri hədəf alıb.
Tətbiqimizi yükləyə bilərsiniz