
Tarixdə ilk dəfə olaraq dünyada 65 yaş və yuxarı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portal ABŞ Siyahıyaalma Bürosuna istinadla məlumat verib.
Məlumata görə, dünya üzrə mövcud demoqrafik tarazlığın dəyişməsi qlobal doğum nisbətinin azalması və ömür uzunluğunun artması ilə bağlıdır.
Proqnozlara görə, 2060-cı ilə qədər 65 yaşdan yuxarı insanların sayı 852 milyondan 2 milyarda çatacaq.
Ümumi qlobal əhalinin sayının isə 2060-cı ilə qədər 10,23 milyarda çatacağı gözlənilir.
Digər tərəfdən, Şizuoka Universitetinin alimləri əhalinin davamlı inkişafı üçün orta doğum nisbətinin hər qadın üçün ən azı 2,7 uşaq olduğunu bildiriblər. Onların sözlərinə görə, hazırda dünya əhalisinin üçdə ikisi doğum nisbətinin 2,1-dən aşağı olduğu ölkələrdə yaşayır. Məsələn, Yaponiyada bu nisbət 1,3, Cənubi Koreyada 0,87 təşkil edir. ABŞ-də isə bu nisbət cəmi 1,66-dır.
Tətbiqimizi yükləyə bilərsiniz