Meloni Berluskoninin rekordunu yenilədi


Ciorcia Meloni hökuməti İkinci Dünya Müharibəsindən bəri İtaliyada ən uzun müddət hakimiyyətdə qalan hökumət rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayb.
Agentliyin məlumatına görə, 3 sentyabr tarixinə qədər hökumət 2022-ci ilin sentyabr ayından bəri fasiləsiz olaraq 1413 gün hakimiyyətdə olub.
Bununla da, Ciorcia Meloni hökuməti əvvəlki rekordun müəllifi Silvio Berluskoni hökumətinin rekordunu yeniləyib.
Belə ki, Silvio Berluskoni hökuməti 2001-ci ildən 2005-ci ilə qədər 1412 gün fasiləsiz hakimiyyətdə olub.
Meloni və onun ifrat sağçı “İtaliya Qardaşları” partiyası bu rekordu sentyabrın 4-də İtaliyanın cənubundakı Bari şəhərində mitinqlə qeyd etməyi planlaşdırır.
Qeyd edək ki, İtaliyada növbəti parlament seçkilərinin 2027-ci ilin dekabr ayından gec olmayaraq keçirilməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top