Bu il Şuşada hansı ölkədən gələn turistlər qalıb? – Siyahı


Bu ilin ilk 7 ayında Azərbaycana səfər edən əcnəbi turistlər işğaldan azad olunan rayonlarda 545 gecə keçiriblər.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər ən çox Şuşa şəhərində gecələyiblər.
Belə ki, yanvar-iyul aylarında əcnəbi turistlər Şuşada 1 652 gecə keçiriblər.
Bundan başqa, əcnəbi turistlər Zəngilanda 69, Laçında 48 gecə qalıblar. Hər 3 rayona səfər edən əcnəbilər yalnız otellərdə qalıblar. Cəbrayıl, Kəlbəcər, Qubadlı, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Xankəndi şəhərində əcnəbi turistlər bir gecə belə qalmayıblar.
Onu da bildirək ki, Şuşada ən çox gecələyənlər Türkiyə vətəndaşları olub. Bu ilin ilk 7 ayında Türkiyə vətəndaşları Şuşada 521 gecə keçiriblər. Bundan başqa, Şuşada Rusiya (79 gecə), Qazaxıstan (58 gecə), Ukrayna (54 gecə), Özbəkistan (32 gecə), Türkmənistan (32 gecə), Oman (27 gecə), Böyük Britaniya (20 gecə), Almaniya (15 gecə), ABŞ (13 gecə), Gürcüstan (12 gecə), Fransa (11 gecə), Belarus (8 gecə) və Moldova (7 gecə) vətəndaşları da gecələyiblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top