70 ölkənin yer aldığı “Dünya Rəqabətqabiliyyətlilik Reytinqi” açıqlandı


Mərkəzi İsveçrədə yerləşən “International Institute for Management Development” (IMD) adlı biznes məktəbi 2026-cı il üçün “IMD Dünya Rəqabətqabiliyyətlilik Reytinqi” adlı hesabatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, hesabatda 70 ölkənin iqtisadiyyatı qiymətləndirilib.
IMD-nin 2026-cı il reytinqində Sinqapur 100 bal toplayaraq birinci pillədə qərarlaşıb. Honq-Konq 95,6 balla ikinci, İsveçrə isə 95,3 balla üçüncü olub.
İlk beşlikdə həmçinin Tayvan (94,3 bal) və Danimarka (94,1 bal) yer alıb. Birləşmiş Ərəb Əmirlikləri 94,1 balla 7-ci, ABŞ isə 86,8 balla 10-cu sırada qərarlaşıb.
Reytinqə ilk dəfə daxil edilən Vyetnam 70,6 balla 27-ci yerdə qərarlaşıb.
Siyahının sonuncu pilləsində isə Venesuela yer alıb. Ölkə 22,4 balla 70-ci olub.
Qeyd edək ki, reytinq bizneslərin rəqabət aparması və uzunmüddətli dəyər yaratması üçün iqtisadiyyatların nə dərəcədə əlverişli şərait formalaşdırdığını ölçür.
IMD-nin qiymətləndirmə sistemi 341 meyarı əhatə edir. Bu meyarlar 20 alt-faktor və dörd əsas istiqamət üzrə qruplaşdırılır: iqtisadi göstəricilər, hökumətin səmərəliliyi, biznesin səmərəliliyi və infrastruktur.
Yekun nəticənin üçdə ikisi statistik məlumatlardan, üçdə biri isə biznes rəhbərləri arasında keçirilən sorğunun nəticələrindən formalaşdırılır.
IMD xüsusilə institusional etibarlılıq, qanunun aliliyi, proqnozlaşdırılan tənzimləmə, müqavilələrin icrası və hökumətin səmərəliliyinin biznes mühitinin formalaşmasında mühüm rol oynadığını qeyd edir.
Onu da bildirək ki, Azərbaycanın qonşu ölkələrindən yalnız Türkiyə 2026-cı il reytinqində yer alıb və 47,2 balla 57-ci sırada qərarlaşıb. Rusiya, Gürcüstan, Ermənistan və İran isə siyahıda yer almayıb.
Keçmiş SSRİ ölkələri arasında isə Qazaxıstan 38-ci (65,4 bal), Estoniya 28-ci (70,5 bal), Litva 34-cü (67,3 bal), Latviya 35-ci (67,2 bal) pillədə qərarlaşıb.
Azərbaycanla yanaşı Rusiya, Gürcüstan, Ermənistan, Belarus, Moldova, Ukrayna, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan da reytinqdə yer almayıb.
2026-cı il üzrə hesabatda yer alan ölkələrin topladığı ballar aşağıdakı kimi olub:
Sinqapur – 100,0 bal
Honq-Konq – 95,6 bal
İsveçrə – 95,3 bal
Tayvan – 94,3 bal
BƏƏ – 94,1 bal
Danimarka – 94,1 bal
İrlandiya – 94,1 bal
Niderland – 90,1 bal
İsveç – 88,5 bal
ABŞ – 86,8 bal
Qətər – 85,9 bal
Çin – 84,4 bal
Səudiyyə Ərəbistanı – 84,0 bal
Lüksemburq – 82,1 bal
Malayziya – 81,9 bal
Kanada – 81,0 bal
Avstraliya – 79,2 bal
Norveç – 78,1 bal
Finlandiya – 76,8 bal
Bəhreyn – 76,3 bal
Cənubi Koreya – 75,6 bal
İslandiya – 75,1 bal
Almaniya – 73,6 bal
Böyük Britaniya – 72,5 bal
Oman – 71,7 bal
Tailand – 71,1 bal
Vyetnam – 70,6 bal
Estoniya – 70,5 bal
Avstriya – 70,4 bal
Yaponiya – 70,1 bal
Küveyt – 70,1 bal
Belçika – 69,0 bal
Çexiya – 67,3 bal
Litva – 67,3 bal
Latviya – 67,2 bal
Fransa – 66,7 bal
Yeni Zelandiya – 66,7 bal
Qazaxıstan – 65,4 bal
İspaniya – 65,0 bal
Portuqaliya – 64,8 bal
Polşa – 64,1 bal
Kipr – 63,2 bal
Çili – 63,1 bal
Hindistan – 62,0 bal
İtaliya – 61,7 bal
İordaniya – 59,3 bal
Filippin – 59,1 bal
İndoneziya – 57,6 bal
Sloveniya – 55,2 bal
Yunanıstan – 53,3 bal
Macarıstan – 51,3 bal
Puerto Riko – 51,1 bal
Xorvatiya – 51,0 bal
Cənubi Afrika – 50,2 bal
Keniya – 50,0 bal
Bolqarıstan – 47,6 bal
Türkiyə – 47,2 bal
Argentina – 46,9 bal
Kolumbiya – 45,9 bal
Peru – 43,3 bal
Rumıniya – 43,1 bal
Meksika – 42,8 bal
Slovakiya – 42,5 bal
Qana – 41,5 bal
Braziliya – 40,1 bal
Botsvana – 39,9 bal
Monqolustan – 39,0 bal
Nigeriya – 38,8 bal
Namibiya – 28,5 bal
Venesuela – 22,4 bal


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top