19 aptekdə nöqsanlar aşkarlanıb


2026-ci ilin avqust ayı ərzində ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.
Bildirilib ki, yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3-ü yoxlamadan kənar olub:
“Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib”.

DİGƏR XƏBƏRLƏR

Top