
Rusiyanın Saratov vilayətində naməlum şəxs Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviç və sürücüsünə atəş açıb.
Yeniavaz.com “Veçernaya Moskva”ya istinadla xəbər verir ki, sui-qəsd cəhdi vilayətin Engels şəhərində səhər saatlarında baş verib.
Teleqram kanallarında yayılan məlumata görə, dəbilqə geyinmiş naməlum şəxs motosikletlə zabitin evinə gedərək ona bir neçə dəfə atəş açıb.
Nəşr yazır ki, zabit iki güllə yarası alıb. Güllələrdən biri onun üzünə dəyib.
Sürücü isə, bir güllə yarası alıb.
Fakt üzrə araşdırma davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz