Formula 1-ə görə bəzi məktəblərdə tədris onlayn olacaq


2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Qeyd edək ki, Formula 1 “Qatar Airways Azərbaycan Qran-Prisi”  23-26 sentyabr tarixlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top