Türkiyədə Davudoğlu ilə bağlı araşdırma başladıldı


Türkiyədə ləğv edilmiş Gələcək Partiyasının sabiq sədri Əhməd Davudoğlu barəsində “Prezidenti təhqir etmə” ittihamı ilə araşdırma başladılıb.
Yeniavaz.com
“BirGün”ə istinadla xəbər verir ki, bu barədə Ankara Cumhuriyyət Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, sosial mediada yayılan və Prezidentə təhqir ehtiva etdiyi qiymətləndirilən ifadələrin yer aldığı paylaşımlarla bağlı hazırda araşdırma aparılır:
“Aparılan araşdırmanın nəticəsində ləğv edilmiş Gələcək Partiyasının sədri Əhməd Davudoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 299/1-ci maddəsində nəzərdə tutulan “Prezidenti təhqir etmə” cinayəti üzrə istintaq başladılıb. Araşdırma müvafiq qanunvericilik müddəaları çərçivəsində diqqətlə davam etdirilir”.
Qeyd edək ki, Davudoğlu, araşdırmaya səbəb olan çıxışında hazırkı hakimiyyəti korrupsiyada ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top