Məhkəmə Trampın imzaladığı qərarı dondurdu

Nyu-York Federal Məhkəməsi Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına qarşı tətbiq edilən qadağanı dondurub. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, hakim En Donnelli sözügedən qanunla əlaqədar saxlanılan iki İraq vətəndaşının ölkədən deportasiya edilməməsi barədə hökm verib.

Hakim sözügedən ölkələrin vətəndaşlarının deportasiyasının ABŞ-a zərər verə biləcəyini və bu səbəbdən də onların müvəqqəti olaraq Amerikada qalmalarına dair qərar verib.

Qeyd edək ki, Tramp Suriya, İraq, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a girməsini qadağan edən xüsusi sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindikdən sonra cümə günü Nyu-Yorkun Kennedi Hava limanında iki İraq vətəndaşı saxlanılıb.

Bu həbsdən sonra Amerika Mülki Azadlıqlar Birliyi 2 İraq vətəndaşının sərbəst buraxılması və bəzi müsəlman ölkələrinin vətəndaşlarına qarşı tətbiq edilən qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top