“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC fiziki şəxs İbadova Sevinc Vəkil qızı (VÖEN – 1502429262) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, “ASAN Xidmət” İbadova Sevinc Vəkil qızından 1 saylı Bakı “ASAN Kommunal” mərkəzi üçün (Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən (1-ci və 2-ci mərtəbə) 2660 kv.m olan qeyri yaşayış sahəsi) ofis sahəsini icarəyə götürəcək və qarşılığında 660 min manat ödəyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top