UEFA Millətlər Liqası: Millimizin matçının yeri dəyişdirildi


Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının yeri dəyişdirilib.
Yeniavaz.com
AFFA-ya istinadla xəbər verir ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırılan oyun Bakıda təşkil olunacaq.
Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.
Qarşılaşmanın Bakıda keçirilməsi ilə bağlı qərar UEFA ilə də razılaşdırılıb.
AFFA-dan bildirilib ki, oyunun yerinin dəyişdirilməsi Gəncə stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.

DİGƏR XƏBƏRLƏR

Top