
ABŞ-nin çərşənbə axşamı İranın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı 18 nəfər ölüb, 108 nəfər yaralanıb.
Yeniavaz.com İran dövlət televiziyasına istinadla xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi bildirib.
“Dünən ölkənin müxtəlif əyalətlərinə edilən hücumlar nəticəsində 18 nəfər həlak olub, 108 nəfər yaralanıb”, - o qeyd edib.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib.
“Press TV”nin məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə baş verib. İran buna cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
Tətbiqimizi yükləyə bilərsiniz