Tramp Hörmüz boğazının da adını dəyişmək isəyir


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını onun şərəfinə dəyişmək istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
“İndi ABŞ-nin nəzarəti altında olduğuna görə, Hörmüz boğazının adını Tramp boğazı qoymalı deyilikmi? Amerikanın özü kimi, ora da əvvəlkindən daha isti olacaq!”, - Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl “Axios” portal bir ABŞ rəsmisinə istinadla İranın Hörmüz boğazına nəzarəti itirdiyini və hazırda ABŞ-nin nəzarəti altında olduğunu bildirib.
Digər tərəfdən, bir neçə ABŞ rəsmisi Hörmüz boğazının böyük hissəsinin minalardan təmizləndiyini və son həftələrdə boğazın cənub hissəsindən keçən tankerlərin sayının getdikcə artdığını bildirib. Ancaq İran xarici işlər nazirinin müavini Kazem Qərib-Abadi ABŞ hökumətinin Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı iddialarını təbliğat yalanı adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top