Fransada Mbappenin oğurlanmasının qarşısı alındı


Fransada “Real Madrid” klubunun və Fransa millisinin hücumçusu Kilian Mbappeni qaçırmağı planlaşdıran 18 yaşlı gənc həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Touchline” qəzeti “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Saxlanılan şəxsin cinayətkar dəstə ilə əlbir olduğu və adam oğurluğunun bir neçə tanınmış şəxs üçün planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından bəri “Real Madrid”də oynayır. Hücumçu “Monako”nun gənclər komandasının yetirməsidir. 2017-ci ildən 2024-cü ilə qədər o, “Pari Sen Jermen”də oynayıb. Mbappe “Real Madrid”lə UEFA Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.
O, Fransa millisi ilə 2018-ci il Dünya Kubokunun sahibi olub.
Mbappé 2026-cı il FİFA Dünya Kubokunda İngiltərəyə qarşı üçüncü yer uğrunda matçda iki qol vurub və bir məhsuldar ötürmə edib. Mbappé hazırda Dünya Kubokunda 22 qolla Lionel Messini (21) keçərək Dünya Kuboku tarixində ən çox qol vuran oyunçudur.
Bundan əlavə, fransız hücumçu 2026-cı il Dünya Kubokunun da bombardiri olub. 27 yaşlı hücumçu son Dünya Kubokunda 10 qol vurub və dörd məhsuldar ötürmə var.

DİGƏR XƏBƏRLƏR

Top