
ABŞ Prezidenti Donald Trampın reytinqi İranla müharibə və ölkə daxilindəki iqtisadi böhranla əlaqdar siyasi karyerasının ən aşağı səviyyəsinə düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğunun nəticələrində tapıb.
Bu nəticələrə görə, amerikalıların yalnız 33%-i Trampın Ağ Evdəki fəaliyyətini bəyənir.
Bu, respondentlərin bu faizinin prezident haqqında müsbət rəy bildirdiyi ardıcıl üçüncü sorğudur.
Agentlik bildirib ki, Trampın reytinqi sələfi keçmiş prezident Co Baydenin 2024-cü ilin oktyabr ayında əldə etdiyi ən aşağı 35%-lik reytinqdən aşağı düşüb.
“Reuters” agentliyi əlavə edib ki, Bayden kimi Tramp da yüksək inflyasiya ilə bağlı geniş narazılıqla üzləşib.
Agentlik qeyd edib ki, fevral ayında İranın bombalanması əmrindən bəri benzin qiymətləri kəskin şəkildə artıb.
Tətbiqimizi yükləyə bilərsiniz