
İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
O, İsrail hərbçiləri ilə söhbət edib və Baş Qərargah rəisi general-leytenant Eyal Zamir də daxil olmaqla bir neçə generalla brifinq keçirib.
“Biz Zolağın 60%-nə nəzarət edirik və bu rəqəm daha da artacaq, çünki bizi bizə təhdid yaradan terrorçuları günbəgün məhv edirik. Dünən HƏMAS-ın daxili təhlükəsizlik rəhbərini ələ keçirdik. Mütləq bir şey öyrənəcəyik”, - Netanyahu bildirib.
O, həmçinin İsrail qüvvələrinin anklavın içərisindəki “Sarı Xətt”dən geri çəkilmək niyyətində olmadığını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz