Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı


Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 2-də Rusiya Xarici İşlər Nazirliyi dünənki anti-Rusiya hərəkətləri ilə əlaqədar olaraq Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili B. Finkeni çağırıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 1 sentyabrda Almaniya hökuməti Leypsiq /Halle hava limanında baş verən dron hadisəsinə görə rəsmi olaraq Rusiyanı günahlandırıb. Almaniya hakimiyyəti Berlindəki Rusiya Baş Konsulluğunun və Rus Evinin bağlandığını elan edib.
Xatırladaq ki, avqustun 4-də Leypsiq/Halle hava limanında Ukraynaya məxsus An-124 yük təyyarəsinin yaxınlığında alçaqdan uçan dron müşahidə edilib. Müstəntiqlər dronun təxminən 800 qram partlayıcı maddə daşıdığını müəyyən ediblər. Cihaz detonatorunda olan problemlə əlaqədar partlamayıb.
Ayın sonunda “Politico” qəzeti bildirib ki, Berlin hadisənin arxasında Moskvanın dayandığından şübhələnir və təkzibolunmaz dəlil olmadığını etiraf etsə də, ona qarşı tədbirlər hazırlayır.
 

DİGƏR XƏBƏRLƏR

Top