
İngiltərənin “Mançester Siti” klubu bir transfer pəncərəsində futbolçu transferlərinə xərclənən məbləğə görə rekorda imza atıb.
Yeniavaz.com “Transfermarkt” portalına istinadla xəbər verir ki, klub yay transfer pəncərəsində transferlər üçün 526,20 milyon avro xərcləyib.
Bununla da “şəhərlilər” “Liverpul”un 2025-ci ildəki 483 milyon avroluq rekordunu yeniləyib.
Portalın məlumatına görə, argentinalı yarımmüdafiəçi Enzo Fernandesin 145 milyon avroya transferi klub tarixində ən bahalı transfer olub.
Sonrakı ən bahalı transfer isə bu yay 135 milyon avroya kluba qoşulan Elliott Andersona aid olub.
Klub növbəti ən bahalı transferini Ayub Buaddi ilə (95 milyon avro) həyata keçirib.
“Mançester Siti” həmçinin, bu yay İliman Ndiayeni (70 milyon avro), Allanı (37,5 milyon avro), Matis Deturbeni (25 miyon avro), Ceremi Monqanı (11,7 milyon avro), Xeronimo Rullini (3,5 milyon avro) və Pirs Çarzı (3,5 milyon avro) transfer edib.
Digər tərəfdən, “Mançester Siti” bu yay 337,2 milyon avro məbləğində oyunçu satıb və transfer pəncərəsini mənfi 189,18 milyon avroluq transfer balansı ilə başa vurub.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının yeni mövsümünün iki turundan sonra altı xalla turnir cədvəlinə başçılıq edir.
Tətbiqimizi yükləyə bilərsiniz