Nepalda ölənlərin sayı 1127-yə çatdı


Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadla məlumat verib.
Məlumata görə, daşqından zərər çəkmiş ərazilərdə 6541 nəfər xilas edilib, 4858 nəfər isə itkin düşüb. İtkin düşənlər arasında 39 ölkədən 592 vətəndaş da var.
Qeyd edək ki, avqustun 26-da Nepalda qəfil güclü daşqınlar baş verib. Səbəb Tibetdə baş verən zəlzələ və torpaq sürüşməsi olub və bu da Lhende çayının qarşısını kəsib. Təbii fəlakət Bhote Koşi çayının suyunun kəskin şəkildə artmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top