Azərbaycandan Ermənistana 1 000 tona yaxın dizel göndəriləcək


Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndəriləcək.
Yeniavaz.com
xəbər verir ki, 17 sisterndən ibarət, çəkisi 989 ton olan dizel yanacağı sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top