
Rusiyada hərbi Mi-8 helikopteri birbaşa avtomobil yoluna sərt eniş edib.
Yeniavaz.com xəbər verir ki, hadisə anını əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, helikopter ucqar ərazilərdə vaxtından əvvəl səsvermənin təşkili məqsədilə həyata keçirilən uçuşdan qayıdırmış.
Bildirilir ki, aerodroma yaxınlaşarkən o, kəskin şəkildə hündürlük itirməyə başlayıb və pilot təcili eniş həyata keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz