Lənkəranda məşhur britaniyalı blogerin başına maraqlı hadisə gəlib – Video


Azərbaycana səfəri zamanı məşhur britaniyalı bloger Herri Caqerdin başına maraqlı hadisə gəlib.
Yeniavaz.com
xəbər verir ki, o, içində pulu, sənədləri və digər əşyaları olan çantasını Lənkərandakı restoranlardan birində unudub.
Bloger bildirib ki, 1 saatdan çox vaxt keçdikdən sonra həmin restorana qayıdıb və çantasının hələ də qoyduğu yerdə olduğunu görüb.
Onun sözlərinə görə, restoran əməkdaşlarına təşəkkür məqsədilə bəxşiş vermək istəsə də, onlar bundan imtina ediblər.
Caqerd təəssüratlarını öz sosial media hesabında dərc etdiyi videoda bildirib. O, Azərbaycanı dünyanın ən təhlükəsiz və qonaqpərvər ölkələrindən biri adlandırıb.
Qeyd edək ki, daha çox səyahət videoları ilə tanınan blogerin sosial şəbəkələrdə milyonlarla izləyicisi var.

DİGƏR XƏBƏRLƏR

Top