Ermənistanda keçmiş naziri xərəkdə məhkəməyə apardılar – Video


Ermənistanın keçmiş Dövlət Gəlirləri Komitəsinin sədri və sabiq Maliyyə naziri Qaqik Xaçatryan yataqdan xərəklə məhkəməyə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, sosial mediada həmin anları əks etdirən kadrlar yayılıb.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, 71 yaşlı Xaçatryan xüsusilə böyük miqdarda rüşvət almaq və çirkli pulların yuyulmasında ittiham olunur.
Dövlət Gəlirləri Komitəsinin keçmiş sədrinin hüquq komandası iddia edir ki, Xaçatryanın sağlamlıq vəziyyəti onun istintaq hərəkətlərində iştirak etməsinə imkan vermir.
Ermənistan Baş Prokurorluğu isə açıqlayıb ki, komissiyanın müayinəsinin nəticəsi Xaçatryanın cinayət prosesində hər hansı prosedur hərəkətində iştirakına mane ola biləcək heç bir sağlamlıq probleminin olmadığını müəyyən edib.

DİGƏR XƏBƏRLƏR

Top