
Fransa Prezidentinin həyat yoldaşı Bricit Makronun qızı Tipen Ozye özündən 20 yaş kiçik tələbə ilə münasibətə başlayıb.
Yeniavaz.com xəbər verir ki, 42 yaşlı hüquqşünas və siyasətçi Tipen Ozye 22 yaşlı Antuan Lekontla ilə birlikdə Amsterdam səfərindən görüntüləri “Instagram” hesabında paylaşıb.
Məlumata görə, cütlük bu ilin yayında Fransanın Le-Tuke kurort şəhərində tanış olub.
Fransanın “Gala” jurnalına danışan Tipenin yaxın dostu onların ilk görüşdən bir-birinə maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, cütlüyün səyahətə, macəraya və sahibkarlığa marağı da ortaqdır.
Tipenin yeni münasibətinin məşhur fransız televiziya aparıcısı Kirill Hanuna ilə ayrılmasından sonra başladığı bildirilir. Onların münasibəti 2026-cı ilin mayında başa çatıb. Tipenin yeni sevgilisini artıq 12 yaşlı qızı Eliza və 10 yaşlı oğlu Orel ilə tanış etdiyi də qeyd olunur.
Cütlük arasındakı 20 yaş fərqi isə Tipenin anası Bricit Makronun Fransa Prezidenti Emmanuel Makronla münasibətlərini xatırladıb. Belə ki, hazırda 73 yaşında olan Bricit Makronla 48 yaşlı Emmanuel Makron arasında 25 yaş fərq var.
Bricit və Emmanuel Makronun münasibəti Emmanuelin yeniyetməlik dövründə başlayıb. O zaman 15 yaşında olan Emmanuel məktəbdə 39 yaşlı Bricitin şagirdi olub. Münasibətdən xəbər tutan Makronun valideynləri onu başqa məktəbə göndəriblər.
Tipen Ozye həmin vaxt 9 yaşında olub. O, illər sonra anası ilə Emmanuel Makron arasındakı münasibətin uşaqlıq dövründə onun üçün asan olmadığını etiraf edib. Buna baxmayaraq, Tipen sonradan onların münasibətini özünün sevgi anlayışına təsir edən nümunə kimi göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz