.jpg)
Qazaxda ağır yol qəzası baş verib. Hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qazax rayonunun Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Şahin Şaiq oğlu aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.APA
Tətbiqimizi yükləyə bilərsiniz