
Bu gecə ABŞ ordusu İranın cənubuna zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, İran KİV hücum zamanı Sirik şəhərində toy mərasiminin keçirildiyi ərazinin də raketlərlə atəşə tutulduğunu yazıb.
Bildirilib ki, hadisə nəticəsində 50-dən çox insan yaralanıb, biri azyaşlı uşaq olmaqla dörd nəfər həlak olub.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, sentyabrın 1-də Amerika qüvvələri İranda SEPAH-a məxsus komandanlıq məntəqələri, raket və PUA obyektlərini hədəf almağa başlayıb. Vaşinqton əməliyyatın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və amerikalı hərbçilərə qarşı hücum cəhdlərinə cavab olduğunu bildirib.
SEPAH cavab təvbirlərinin görülməyə başladığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz