“Barselona” Qabriel Jezusun transferini elan etdi


“Barselona” braziliyalı hücumçu Qabriel Jezusun “Arsenal”dan transfer olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar.
Daha əvvəl mediada müqavilənin 10 milyon avro dəyərində olacağı bildirilirdi.
“Arsenal” həmçinin Jezusun yeni komandasındakı uğurlarına görə bonuslar alacaq.
Qeyd edək ki, Qabriel Jezus 2022-ci ilin yayından bəri “Arsenal”da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 123 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun London klubu ilə son müqaviləsi 2027-ci ilin yayına qədər davam edib.
“Transfermarkt” portalının məlumata görə, onun transfer qiyməti 17 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top