
Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirməyin vaxtının yetişmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə qeyd edib.
“Biz başa düşürük ki, Aİ və AİB arasında çox konkret bir seçim edilməli olan vaxt gələcək. Bizim mövqeyimiz budur ki, hazırda bunun üçün vaxt yetişməyib. Bizdə indi buna ehtiyac yoxdur, çünki hazırda alternativimiz yoxdur. Əlbəttə ki, onda referendumla və ya referendumsuz seçim edəcəyik”, - Ermənistan Baş naziri bildirib.
Digər tərəfdən, Paşinyan müvafiq qanunun artıq qəbul edildiyini, bununla belə, o, Ermənistanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib.
“Biz Rusiya ilə münasibətlərimizin daha da dərinləşdirilməsində maraqlıyıq”, - Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz