
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəsini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Türkiyə yığması ilə üz-üzə gəlib.
Qarşılaşma İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında baş tutub.
Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).
Qeyd edək ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz