
İran silahlı qüvvələri ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələrdən sonra cavab hücumuna başlayıb
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyinin məlumat verib.
Məlumata görə, hücum raketlər və dronlardan istifadə etməklə həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirib. Press TV-nin məlumatına görə, partlayışlar İranın cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə sahilyanı şəhərdə baş verib. ABŞ Prezidenti Donald Tramp Amerika hədəflərinə qarşı növbəti cavab hücumları olacağı təqdirdə İranı məhv etməklə hədələyib.
Tətbiqimizi yükləyə bilərsiniz