ABŞ Hörmüz boğazında SEPAH hədəflərinə hücum etdi


ABŞ Hərbi Hava Qüvvələri Hörmüz boğazında SEPAH hədəflərinə zərbələr endirməyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasındakı mənbələrə istinadla “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Portalın jurnalisti heç bir təfərrüat açıqlamayıb.
Digər tərəfdən, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da (CENTCOM) “X” sosial şəbəkə səhifəsində təsdiq edib.
“Bu gün Şərq vaxtı ilə saat 12:00-da ABŞ Silahlı Qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə zərbələr endirməyə başlayıb. Zərbələr SEPAH tərəfindən Hörmüz boğazındakı kommersiya gəmiçiliyinə və regionda yerləşdirilmiş Amerika hərbçilərinə qarşı son hücum cəhdlərinin ardınca endirilib”, - komandanləqdan bildirilib.
Həmçinin, Press TV-nin məlumatına görə , İranın Hörmüz bölgəsindəki Qeşm adasında təxminən beş partlayış, boğazın sularında isə daha dörd partlayış eşidilib.
Qeyd edək ki, “Axios” bundan əvvəl Tramp administrasiyasının İranın radar və raket imkanlarını bərpa etməsinin qarşısını almaq üçün Hörmüz boğazında məhdud hücumlar planlaşdırdığını bildirmişdi. Portalın məlumatına görə, ABŞ bununla İranın Hörmüz boğazında neft tankerlərinə mümkün hücum riskini, eləcə də regioandakı Amerika hərbi gəmilərinə və təyyarələrinə mümkün zərbə riskini azaltmağa ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top