Norveçin yeni kralı and içdi


Norveçin yeni kralı VIII Haakon parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Monarxın and  içməsindən sonra Parlament sədri Məsud Qaraxani çıxış edib və Kral V Haraldın xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Mərasim zamanı iştirakçılar Norveç dövlət himnini oxuyublar.
53 yaşlı VIII Haakon, 1991-ci ildən bəri taxt-taca sahib olan atası V Haraldın ölümündən sonra kral oldu.
Qeyd edək ki, 53 yaşlı VIII Haakon 1991-ci ildən bəri taxt-taca sahib olan və 28 avqustda Oslo Dövlət Xəstəxanasında vəfat edən atası V Haraldı əvəz edib. Belə ki, monarx ayın ortalarından bəri xəstəxanada idi və o, hemolitik anemiyadan əziyyət çəkirdi.

DİGƏR XƏBƏRLƏR

Top