
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, görüş Ala Arça Dövlət İqamətgahında baş tutub.
Görüş zamanı gündəlikdə olan məsələlər müzakirə olunub.
Rusiya Prezidenti Putin Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək olaraq qaldığını bildirib.
“Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi məsələlərdə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir”, - Putin qeyd edib.
Ərdoğan isə öz növbəsində Akkuyu Atom Elektrik Stansiyası Türkiyə-Rusiya münasibətlərində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“Hazırda Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik. İndi Akkuyu Atom Elektrik Stansiyasının tamamlanmasını və açılışını gözləyirik. Çünki Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə birlikdə bəzi yeni elektrik stansiyalarının açılması istiqamətində addımlar atacağıq. Kənd təsərrüfatı və enerji sahələrində güclü tərəfdaşlığımız var”, - o qeyd edib.
Ərdoğan həmçinin Putinə Akkuyu Atom Elektrik Stansiyasını birgə istismara verməyi təklif edib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Tətbiqimizi yükləyə bilərsiniz