Ukrayna dənizə çıxışını itirib – “Reuters”


Ukrayna Rusiyanın zərbələri ilə əlaqədar dənizə çıxışını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rusiyanın zərbələri Ukrayna ixracatının 90%-ni həyata keçirən dəniz limanlarını faktiki olaraq blokladaya alıb.
Agentlik həmçinin qeyd edir ki, Ukrayna yüklərini daha aşağı yükgötürmə qabiliyyətinə malik Dunay limanlarına, eləcə də ölkənin qərb sərhədindəki dəmir yolu sərhəd keçid məntəqələrinı istiqamətləndirməyə məcbur olub.
Qeyd  edək ki, bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Odessa bölgəsindəki limanlara hücumlarının Ukraynanın onlar vasitəsilə ticarət həcmini əhəmiyyətli dərəcədə azaltdığını bildirmiş və bu həcmin əvvəllər bugünküdən üç-dörd dəfə çox olduğunu əlavə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top