Reks Tillerson: "Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram"

"Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram". Bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib. Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir. Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin "rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?" sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.APA

DİGƏR XƏBƏRLƏR

Top