Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı


Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda alkoqollu içkilərə ayda adambaşına 2,34 manat xərclənib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, alkoqollu içkilərə xərclənən vəsait ümumi xərclərin 0,6%-nə bərabər olub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə alkoqollu içkilərə xərclənən vəsait 5,4% artıb.
Məlumat üçün bildirək ki, ən yüksək göstərici Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 4,1 manat xərcləyib. Ötən ilin eyni dövründə bu göstərici 2,6 manat olub. Beləliklə, Qazax-Tovuzda alkoqollu içkilərə xərclər 1,5 manat və ya 57,7% artıb.
Şəki-Zaqatala iqtisadi rayonunda da xərclər əhəmiyyətli dərəcədə artıb. Bu iqtisadi rayonda alkoqollu içkilərə ayda adambaşına düşən xərc 2,3 manatdan 2,9 manata yüksəlib. Gəncə-Daşkəsəndə 1,7 manatdan 2,1 manata, Lənkəran-Astarada 1,1 manatdan 1,4 manata, Mil-Muğanda 2,2 manatdan 2,4 manata yüksəlib.
Abşeron-Xızı və Mərkəzi Aran iqtisadi rayonlarında artım 0,1 manat təşkil edib. Abşeron-Xızıda bu göstərici 2 manatdan 2,1 manata, Mərkəzi Aranda isə 2,8 manatdan 2,9 manata çatıb.
Bakı şəhərində isə alkoqollu içkilərə ayda adambaşına düşən xərc dəyişməyib və 2,6 manat səviyyəsində qalıb.
Digər iqtisadi rayonlarda isə alkoqollu içkilərə xərclər azalıb. Quba-Xaçmazda göstərici 2,6 manatdan 1,9 manata düşüb.
Şərqi Zəngəzurda xərclər 2,6 manatdan 2 manata, Naxçıvan Muxtar Respublikasında 2,7 manatdan 2,2 manata, Qarabağda 2,3 manatdan 1,9 manata enib.
Dağlıq Şirvan və Şirvan-Salyan iqtisadi rayonlarında isə azalma 0,1 manat olub. Dağlıq Şirvanda göstərici 1,8 manatdan 1,7 manata, Şirvan-Salyanda isə 1,4 manatdan 1,3 manata düşüb.
Beləliklə, son bir ildə ən böyük artım Qazax-Tovuzda (1,5 manat), ən böyük azalma isə Quba-Xaçmazda (0,7 manat) qeydə alınıb.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top