
Azərbaycanda 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, onlardan 45-i qız, 44-ü oğlandır.
“Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.
Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz