Hansı rayonlara xaricdən daha çox pul göndərilir? – Siyahı


Qazax-Tovuz iqtisadi rayonunda yaşayan sakinlərin xaricdən aldığı vəsaitlərin məbləği digər iqtisadi rayonlarla müqayisədə daha çoxdur.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən aylıq gəlirin 11,9 manatı ölkə xaricindən alınan vəsaitlərin payına düşüb.
Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq gəlir 384,4 manat olub. Xaricdən alınan vəsaitlərin ümumi gəlirdə payı isə 3,1% təşkil edib.
Xaricdən ən çox vəsait alanlar arasında ikinci yerdə Şəki-Zaqatala iqtisadi rayonunun sakinləri qərarlaşıb. Burada adambaşına aylıq 11,4 manat xaricdən vəsait daxil olub. Lənkəran-Astara iqtisadi rayonunda bu göstərici 10,1 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 8,8 manat, Mərkəzi Aran iqtisadi rayonunda isə 6,9 manat olub.
Xaricdən ən az vəsait alanlar Şərqi Zəngəzur iqtisadi rayonunun sakinləri olub. Bu iqtisadi rayonda adambaşına düşən aylıq gəlirin 1,8 manatı ölkə xaricindən alınan vəsaitlərin payına düşüb.
İqtisadi rayonlarda adambaşına düşən orta aylıq gəlir və xaricdən alınan vəsait belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top