
Çinin elektrik avtomobilləri istehsalçısı BYD-nin gəliri hesabat dövründə 344,8 milyard yuan (51,26 milyard dollar) təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% azdır.
Şirkətin xalis mənfəəti isə 20,5% azalaraq 12,3 milyard yuana (1,83 milyard dollar) düşüb.
Məlumata görə, avtomobil istehsalçılarının maliyyə göstəricilərinə Çinin daxili bazarında tələbatın zəifləməsi, rəqabətin kəskinləşməsi, eləcə də xammal və çiplərin bahalaşması mənfi təsir göstərib.
Bununla belə, BYD-nin xarici bazarlara ixracı 67,8% artaraq 792 min avtomobili ötüb.
Şirkətin premium seqmentdə fəaliyyət göstərən FANGCHENGBAO, “Denza” və “Yangwang” markalarının ümumi satışları isə 61% artıb. Bu markaların satışları BYD-nin ümumi minik avtomobili satışlarının 12,8%-ni təşkil edib.
Maliyyə nəticələrinin açıqlanmasından sonra BYD-nin Honkonq Fond Birjasında səhmlərinin qiyməti təxminən 5% ucuzlaşıb.
Qeyd edək ki, BYD Çinin ən böyük elektrikli nəqliyyat vasitələri istehsalçısıdır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz