Dünyanın ən dəyərli futbol klublarının siyahısı açıqlandı


Dünyanın ən dəyərli 20 futbol klubunun hamısı Avropada yerləşir və altı ölkənin milli çempionatlarını təmsil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Brand Finance Football 50” hesabat dərc edib.
Siyahıya İspaniyanın “Real Madrid” klubu başçılıq edir. Klubun dəyəri 8,1 milyard avro qiymətləndirilib. “Real Madrid”in əzəli rəqibi “Barcelona” isə 6,7 milyard avro ilə ikinci pillədə qərarlaşıb.
Üçüncü yerdə 6 milyard avro ilə Almaniyanın “Bayern Münhen” klubu, dördüncü yerdə isə eyni göstərici ilə İngiltərənin “Arsenal” klubu yer alıb.
İngiltərə Premyer Liqası siyahıda ən çox klubla təmsil olunan çempionatdır. İlk 20-likdə İngiltərədən 8 klub yer alıb.
Dünyanın ən dəyərli 20 futbol klubu aşağıdakı kimi olub:
“Real Madrid” – 8,1 milyard avro;
“Barselona” – 6,7 milyard avro;
“Bayern Münhen” – 6 milyard avro;
“Arsenal” – 6,0 milyard avro;
“Liverpul” – 5,1 milyard avro;
“Mançester Yunayted” – 4,7 milyard avro;
“Mançester Siti” – 4,5 milyard avro;
“Paris Sen-Jermen” – 4,2 milyard avro;
“Çelsi” – 3,7 milyard avro;
“Tottenhem Hotspur” – 2,3 milyard avro;
“Atletiko Madrid” – 2,2 milyard avro;
“Borussiya Dortmund” – 2,1 milyard avro;
“Aston Villa” – 1,9 milyard avro;
“İnter Milan” – 1,6 milyard avro;
“Nyukasl Yunayted” – 1,3 milyard avro;
“Yuventus” – 1,2 milyard avro;
“Bayer Leverkuzen” – 1,1 milyard avro;
“Milan” – 1,0 milyard avro;
“Sportinq” – 0,4 milyard avro;
 “Napoli” – 0,3 milyard avro.

DİGƏR XƏBƏRLƏR

Top