Obamanın qızı Trampa qarşı etirazlara qoşuldu

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın böyük qızı Maliya “Dakota Access” neft kəmərinin tikintisinə qarşı etirazlara qoşulub. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, Maliya həftənin əvvəlində Yutada “Sandens” kinofestivalına baş çəkərək prezident Donald Trampın boru kəmərinin inşasının bərpa edilməsi haqqında imzaladığı fərmanlara qarşı etiraz aksiyalarına qoşulub. “Dakota Access” neft kəmərinin marşrutu Şimali və Cənubi Dakota, Ayova və İllinoys ştatlarının ərazisindən keçir. Onun tikintisinin əleyhinə çıxış edən fəllar iddia edirlər ki, bu, içməli suyun keyfiyyətinə mənfi təsir edəcək, eləcə də buranın yerli əhalisinin müqəddəs torpaqlarının təhqir edilməsinə gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top