
Fransanın "France Football" jurnalının 2025/26 mövsümü üçün dünyanın ən yaxşı futbolçusu üçün seçdiyi “Qızıl top” mükafatına namizədlər 8 sentyabrda açıqlanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mükafat təşkilatçıları məlumat verib.
Məlumata görə, mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Qeyd edək ki, ötən il mükafatı PSJ və Fransa millisinin hücumçusu Usman Dembele qazanmışdı. Ən çox mükafata sahib olan rekordçu Argentina millisinin oyunçusu Lionel Messidir (8 mükafat).
Xatırladaq ki, “Qızıl top” mükafatı “France Football”ın keçmiş baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. Mükafat ilk dəfə 1956-cı ildə “Blekpul”un hücumçusu Stenli Mettyusa təqdim edilib və qalib futbol jurnalistləri tərəfindən müəyyən edilib. Əvvəlcə mükafata yalnız avropalı futbolçular layiq görülürdü, lakin 1995-ci ildən bəri istənilən millətdən olan oyunçular layiq görülürlər və yeganə tələb Avropa klubunda oynamaqdır. 2007-ci ildən bəri istənilən oyunçu kuboku qazanmaq hüququna malikdir.
Tətbiqimizi yükləyə bilərsiniz