“Liverpul” Barkolanı transfer etdi – Rəsmi


İngiltərənin “Liverpul” klubu fransız cinah oyunçusu Bredli Barkolanı transfer edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müqavilənin uzunmüddətli olduğu bildirilsə də, hansı müddətə bağlandığı dəqiqləşdirilməyib.
Daha əvvəl bildirilirdi ki, “Liverpul” hücumçunu transfer etmək üçün müqaviləni başa çatdırıb. İngiltərə klubu 125 milyon avro məbləğində sabit ödəniş, üstəgəl 20 milyon avroya qədər arta biləcək bonuslar ödəyəcəklər.
Bununla da Barkolanın transferi klubun Fransa liqasından xarici komandaya ən bahalı transferi olub. Əvvəllər bu rekord “Transfermarkt”ın məlumatına görə, 2023-cü ilin yayında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna 90 milyon avroya transfer olan braziliyalı hücumçu Neymara məxsus olub.
Qeyd edək ki, 23 yaşlı Barkola 2023-cü ilin yayında Fransanın “Lion” klubundan PSJ-yə keçib. O, parislilər üçün müxtəlif yarışlarda 152 oyun keçirib, 39 qol vurub və 37 məhsuldar ötürmə edib. O, klubla üç Fransa çempionluğu və bir Fransa Super Kubokunu, eləcə də iki Çempionlar Liqası titulunu, bir Fransa Kubokunu və bir UEFA Super Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top