
Hövsan kəndində sentyabrın 1-i günorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, bu, Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.
Tətbiqimizi yükləyə bilərsiniz