
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti rəsmi “Telegram” kanalında məlumat verib.
“ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə yaxşı telefon danışığım oldu. Söhbət həm ətraflı, həm də konstruktiv idi”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, tərəflər Ukraynaya səfərin tarixini müzakirə ediblər.
“Komandalar gündəliyi hazırlamaq və gələcək dialoq üçün ən uyğun cədvəli müəyyən etmək üçün əlaqə saxlayacaqlar”, - deyə Zelenski əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz