
Lionel Messi Argentina milli futbol komandasında karyerasını başa vurub.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində bildirib.
“Çox düşündükdən sonra hər kəsə demək istəyirəm ki, milli komandadan gedirəm. Bu, ağrılı bir qərar idi və hələ də içimdə dərin ağrılar var, amma başa düşürəm ki, indi ən doğru andır”, - Messi qeyd edib.
O, “son 20 ildəki bütün sevgilər üçün təşəkkür edib”.
“İndi mən də sizlərdən biri olacağam, həmişə sizə azarkeşlik edəcəyəm və kənardan (xüsusən də yaxşı və pis vaxtlarda) dəstək olacağam”, - Messi əlavə edib.
Qeyd edək ki, 39 yaşlı Messi 2023-cü ildən Böyük Futbol Liqasının (MLS) “İnter Mayami” komandasında oynayır. Avropada argentinalı futbolçu Fransanın PSJ və İspaniyanın “Barselona” klublarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, hər biri üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb. Hücumçu Dünya Çempionu (2022), iki dəfə Dünya Kubokunun ikincisi (2014, 2026), Olimpiya çempionu (2008) və iki dəfə “Copa America” qalibidir (2021, 2024). Messi ən çox “Qızıl Top” mükafatına sahib olan oyunçudur.
Xatırladaq ki, Messi Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. O, millinin hər iki qol rekorduna sahibdir. Hücumçu altı dünya çempionatında iştirak edib.
2016-cı il Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra Messi Argentina milli komandasından ayrıldığını elan edib. Lakin iki ay sonra yenidən komandaya qayıdın.
Tətbiqimizi yükləyə bilərsiniz